Bakı 40 yaşlı kişinin meyiti küçədə tapılıb.
Gunxeber.Az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Şuşa rayon sakini, 1985-ci il təvəllüdlü Vüqar Ramiz oğlu Səfərovun üzərində zorakılıq əlamətləri olmayan meyiti aşkar edilib. Əvvəllər məhkumluq həyatı yaşamış V.Səfərovun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.






