Şəki rayonunda VAZ markalı minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Gunxeber.Az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Şəki-Oğuz avtomobil yolunun Köbər-Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili VAZ-2101 markalı digər avtomobillə toqquşub. Nəticədə VAZ-2107 yolun kənarındakı çökəkliyə düşüb.

Qəza zamanı VAZ-2101-in sürücüsü və bir sərnişin xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Onlara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.