Tədris keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bili k səviyyəsinin obyektiv qiymətləndirilməsi məqsədilə keçirilən sınaq imtahanı mərkəzin tədris planına uyğun şəkildə reallaşdırılıb. İmtahan prosesi şagirdlərin yaş və sinif səviyyəsinə uyğun hazırlanmış tapşırıqlar əsasında aparılıb, onların məntiqi düşünmə, mövzuları mənimsəmə və vaxt bölgüsü bacarıqlarının yoxlanılmasına xüsusi diqqət yetirilib.
Günxeber.Az bildirir ki, sınaq imtahanı həm ibtidai sinif şagirdləri, həm də yuxarı siniflər üzrə biliklərini təkmilləşdirmək istəyən iştirakçılar üçün əhəmiyyətli qiymətləndirmə mərhələsi olub. Bu cür imtahanlar şagirdlərin real imtahan mühitinə adaptasiyasına, öz bilik və bacarıqlarını düzgün qiymətləndirməsinə, eyni zamanda zəif və güclü tərəflərini müəyyən etməsinə imkan yaradır.
Bunker Tədris Mərkəzinin müəllim heyəti imtahan prosesinə nəzarət edərək şəffaflıq və obyektivliyin qorunmasını təmin edib.
Nəticələr əsasında hər bir şagird üçün fərdi təhlillərin aparılması və gələcək tədris planının daha effektiv qurulması nəzərdə tutulur
Qeyd edək ki, Bunker Tədris Mərkəzi mütəmadi olaraq sınaq imtahanları və qiymətləndirmə tədbirləri təşkil etməklə şagirdlərin bilik səviyyəsinin inkişafına, onların akademik uğurlarının artırılmasına xüsusi önəm verir. Sınaq imtahanında iştirak edən bütün şagirdlərə uğurlar arzu edirik!



















