27 iyul 2025-ci il tarixində Abşeron rayonu, Novxanı kəndində dənizdə nəzarətsiz ərazidə batan iki nəfərin meyiti tapılıb.
Bu barədə Gunxeber.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
FHN-in dalğıc-xilasediciləri tərəfindən vətəndaşlar – 2003-cü il təvəllüdlü Rəvan Şahin oğlu Əliyevin və 2009-cu il təvəllüdlü Əli Elşən oğlu Cabbarovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakının Novxanı çimərliyində iki nəfər boğulub.
Gunxeber.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Novxanı-Pirşağı yolunun kənarında yerləşən Novxanı ictimai çimərliyində baş verib.
Rəvan Şahin oğlu Əliyev və Əli Elşən oğlu Cabbarov boğularaq ölüblər.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.






