Cəlilabadda 25 yaşlı kişinin meyiti tapılıb.

Gunxeber.Az APA-ya istinadən xəbər verir ki, meyit rayonun Alar kəndində aşkar edilib.

Araşdırmalar nəticəsində meyitin kənd sakini, 25 yaşlı Mahmud Qasımova aid olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.