Bakıda gənc oğlan çimərlikdə boğulub.

Gunxeber.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisindəki çimərlikdə baş verib.

Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Cavidan Tapdıqov dənizdə çimərkən boğulub. Onun meyiti dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.