Fevralın 6-da gənclər və idman naziri Fərid Qayıbov Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası üzrə şəhər və rayon sakinlərini qəbul edib.

Qəbuldan öncə nazir Fərid Qayıbov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla birlikdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda fevral ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.