Cəlilabadda əmisi tərəfindən baltalandığı deyilən şəxsin son durumu açıqlanıb.

Bu barədə Gunxeber.Az-a Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, fevralın 1-i saat 17:00-da xəsarət alması səbəbi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2012-ci il təvəllüdlü (kişi) şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, fevralın 1-də Cəlilabad rayonu sakinləri, yetkinlik yaşına çatmamış Hüseyn Musa oğlu Nağıyev və Həqiqət Musa qızı Nağıyevaya müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya daxil olması, sonuncunun almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı cinayətin 1977-ci il təvəllüdlü Ə.Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələri ilə cinayət işi başlanıb, Ə.Nağıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Qeyd edək ki, Ə.Nağıyev yeniyetmələrə balta ilə xəsarətlər yetirib.