Educolour Education Center və Kreativ İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə yaradılmış Təhsil&İnkişaf Platforması, 2025-ci il 28 iyun tarixində özünün ilk Təhsil&İnkişaf Forumunu keçirəcək.
Gunxeber.az bildirir ki, tədbir Qafqaz Biznes Centerdə baş tutacaq.
Təhsil&İnkişaf Forumunu maarifləndirici, motivasiyaedici formatda təşkil olunacaq.
Forumun əsas mövzusu — “Uğur Səndən Başlayır” — gənclərə, pedaqoqlara, təhsil sahəsində çalışan hər kəsə öz potensialına inanmağı və uğura doğru addımlamağı xatırlatmaq məqsədi daşıyır.
Tədbir 3 əsas hissədən ibarət olacaq:
- Rəsmi hissə – dövlət rəsmilərinin, təşkilatçı qurumların nümayəndələrinin çıxışı.
- Qeyri-rəsmi hissə – musiqili çıxışlar və incəsənət təqdimatları.
- Spikerlərin çıxışı – tanınmış təhsil mütəxəssisləri, motivasiyaverici şəxslər və inkişaf təlimçilərinin təqdimatları.
Forum iştirakçıları tədbir sonunda könüllülərə yaxınlaşaraq sertifikatlarını əldə edə biləcəklər.
Qeyd: Forumda iştirak etmək üçün qeydiyyat mütləqdir!
Əlaqə və qeydiyyat üçün:
📲 070 830 25 55
Təhsilin və inkişafın önündə olmaq istəyən hər kəs bu forumdan yüksək motivasya ayrılacaq!
Gunxeber.Az Ülkər Rəhmanqızı