Educolour Education Center və Kreativ İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 28 iyun 2025-ci il tarixində Qafqaz Biznes Centerdə Təhsil&İnkişaf Platforması çərçivəsində ilk Təhsil&İnkişaf Forumu baş tutacaq.
Gunxeber.az bildirir ki, forumun əsas mövzusu “Uğur Səndən Başlayır” adlanır və iştirakçılara ilham, bilik və şəbəkələşmə imkanı qazandıracaq.

Forum 3 əsas hissədən ibarət olacaq:

  1. Rəsmi hissə – Dövlət rəsmilərinin çıxışları və açılış nitqləri
  2. Qeyri-rəsmi musiqili hissə – İncəsənət və musiqi ilə zəngin istirahət anları
  3. Spikerlərin çıxışı – Təcrübəli mütəxəssislər, təhsil və inkişaf sahəsində uğur hekayələri ilə çıxış edəcəklər

Tədbirin sonunda iştirakçılar könüllülərə yaxınlaşaraq sertifikatlarını əldə edə bilərlər.

Qeyd: Forumda iştirak yalnız qeydiyyatla mümkündür.

📲 Əlaqə və qeydiyyat üçün: 070 830 25 55