2025/2026-cı tədris ilinin başlaması münasibətilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci Publik Hüquqi Şəxsində inzibati heyətlə görüş keçirildi.
Görüşdə kollecin direktoru dosent Kəmalə Süleymanlı yeni dərs ilində qarşıda duran vəzifələr, tədrisin keyfiyyətinin artırılması, nizam-intizamın gücləndirilməsi və tələbələr üçün əlverişli təhsil mühitinin yaradılması barədə fikirlərini bildirdi.
İnzibati heyət üzvləri kollecin fəaliyyətində prioritet istiqamətlərin müəyyən olunması, müəllim və tələbələrə dəstək göstərilməsi, həmçinin tədris prosesinin yüksək səviyyədə təşkili ilə bağlı öz təkliflərini səsləndirdilər.
Görüş səmərəli fikir mübadiləsi şəraitində keçdi, yeni tədris ili üçün konkret hədəflər və vəzifələr müəyyənləşdirildi.















