İnsan alverinə qarşı mübarizənin gücləndirilməsi, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsi və risk qruplarının məlumatlandırılması məqsədilə müvafiq qurumların iştirakı ilə tədbir təşkil olunub.

Gunxeber.Az məlumat verir ki, tədbirdə insan alverinin formaları, səbəbləri, qarşısının alınması yolları, qurbanların hüquqları və dövlət tərəfindən göstərilən dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Çıxış edənlər qeyd ediblər ki, insan alveri qlobal problem olmaqla yanaşı, onunla mübarizədə dövlət qurumları, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti arasında sıx əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Bildirilib ki, insan alveri qurbanlarının vaxtında aşkar edilməsi, onların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası dövlət siyasətinin əsas prioritetlərindəndir.

Tədbirdə həmçinin məcburi əməyin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi, onların əmək bazarına inteqrasiyası və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə də xüsusi diqqət yetirilib.

Sonda vurğulanıb ki, bu kimi tədbirlərin keçirilməsi cəmiyyətdə insan alverinə qarşı dözümsüz mövqenin formalaşmasına və vətəndaşların hüquqi məlumatlılığının artırılmasına xidmət edir.