Azərbaycanın təhsil sistemi bu gün inkişafın yeni mərhələsinə qədəm qoyub. Bu inkişafın əsasını peşəsinə sadiq, gənc nəslin savadlı və vətənpərvər ruhda yetişməsinə töhfə verən müəllim və təhsil təşkilatçıları qoyur. Onlardan biri də Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecin direktoru, təcrübəli pedaqoq Hicran Əyyubovadır.

Hicran Əyyubova uzun illərdir təhsil sahəsində çalışaraq, hər uğurun arxasında zəhmət, prinsipiallıq və məsuliyyətin dayandığını sübut edib. O, direktor vəzifəsinə təyin olunduğu ilk gündən kollecin inkişafını, tədrisin keyfiyyətinin yüksəldilməsini və tələbələr üçün əlverişli mühitin formalaşmasını prioritet hədəf seçib.

Onun rəhbərliyi ilə kollecdə sağlam əmək mühiti yaranıb, müəllim və tələbələr arasında qarşılıqlı hörmət mühiti formalaşıb. Təhsil müəssisəsinin nüfuzu artıb, valideyn və tələbələrin inamı güclənib.

Direktorun əsas diqqət yetirdiyi sahələrdən biri tədrisin keyfiyyətidir. Müasir təhsil texnologiyalarının tətbiqi, yeni fənlərin əlavə olunması, müəllimlərin peşəkarlığının artırılması bu istiqamətdə atılan addımlardandır. Tələbələrin praktiki biliklərə yiyələnməsi üçün müxtəlif müəssisələrlə əməkdaşlıq əlaqələri də qurulub.

Hicran Əyyubova üçün əsas məqsədlərdən biri gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişməsidir. Onun üçün hər bir tələbə Azərbaycanın gələcəyidir. Bu səbəbdən təhsil ilə yanaşı, ictimai fəallığa da böyük önəm verir.

Onun təhsil sahəsində fədakar fəaliyyəti dövlətin təhsil siyasəti ilə üst-üstə düşür. Dövlət başçısı İlham Əliyevin təhsil prioritetlərini rəhbər tutaraq, fəaliyyətində əsas meyar kimi dövlət maraqlarını görür.

Bəzi saytların yaydığı əsassız iddialara baxmayaraq, Hicran Əyyubovanın pedaqoji fədakarlığı və peşəkar idarəçilik bacarığı həm kollektivin, həm də ictimaiyyətin ona olan inamını daha da gücləndirir.

Bu gün İqtisadiyyat və Humanitar Kollec ölkənin təhsil sistemində özünəməxsus yer tutursa, bunun səbəbi Hicran Əyyubovanın əvəzsiz zəhmətidir. O, həqiqi mənada işinin peşəkarı və təhsil fədaisidir.

Azərbaycanın təhsil sistemi bu gün inkişafın yeni mərhələsinə qədəm qoyub. Bu inkişafın təməlində isə peşəsinə sadiq, işini vicdanla yerinə yetirən, gənc nəslin savadlı və vətənpərvər ruhda yetişməsinə öz töhfəsini verən fədakar müəllim və təhsil təşkilatçıları dayanır. Belə şəxslərdən biri də Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecin direktoru, təcrübəli təhsil işçisi Hicran Əyyubovadır.
Hicran Əyyubova uzun illərdir ki, təhsil sahəsində çalışır. Onun keçdiyi həyat yolu və pedaqoji fəaliyyəti göstərir ki, hər bir uğurun arxasında böyük zəhmət, prinsipiallıq və məsuliyyət dayanır. O, kollec direktor vəzifəsinə təyin olunduğu ilk gündən təhsil müəssisəsini inkişaf etdirmək, burada tədrisin keyfiyyətini yüksəltmək və tələbələr üçün daha əlverişli mühit formalaşdırmaq məqsədini qarşısına qoyub.
Direktor kimi Hicran Əyyubova kollektivdə sağlam mühitin yaranmasına nail olub. Onun rəhbərliyi altında müəllimlər arasında əməkdaşlıq və qarşılıqlı hörmət ənənələri formalaşıb. Təhsil müəssisəsində hər bir müəllim və tələbənin əməyinə və şəxsiyyətinə hörmətlə yanaşılır. Bu isə kollecin nüfuzunun artmasına, valideynlərin və tələbələrin inamının güclənməsinə səbəb olub.
Hicran Əyyubova rəhbərlik etdiyi kollecdə tədrisin keyfiyyətini yüksəltməyə xüsusi diqqət ayırır. Müasir təhsil texnologiyalarının tətbiqi, yeni fənlərin tədris planına daxil edilməsi, müəllimlərin peşəkarlığının artırılması onun fəaliyyətində əsas istiqamətlərdən biridir. Onun təşəbbüsü ilə tələbələrin praktiki biliklərə yiyələnməsi üçün müxtəlif müəssisələrlə əməkdaşlıq əlaqələri qurulub. Bu, gənclərin gələcək peşəkar fəaliyyətinə böyük təkan verir.
Hicran Əyyubova üçün ən mühüm məsələlərdən biri gənclərin savadlı, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişməsidir. O, tələbələrə yalnız nəzəri biliklər deyil, həm də həyati dəyərlər aşılayır. Onun üçün hər bir tələbə Azərbaycan dövlətinin gələcəyidir. Bu baxımdan, tələbələrin təhsillə yanaşı, ictimai fəaliyyətlərdə də fəal iştirakına xüsusi önəm verir.
Hicran Əyyubovanın pedaqoji və rəhbərlik fəaliyyətində ən mühüm cəhət onun təhsilə olan sevgisi və fədakarlığıdır. O, təhsili sadəcə bir iş yeri deyil, həyat amalına çevirmişdir. Təhsil uğrunda gecə-gündüz çalışan, hər bir tələbənin gələcək uğurunu öz uğuru sayan belə müəllim və rəhbərlər həqiqi mənada “təhsil fədaisi” adını qazanmağa layiqdirlər.
Azərbaycan dövlətinin təhsil sahəsində həyata keçirdiyi siyasət Hicran Əyyubovanın fəaliyyətində öz parlaq əksini tapır. O, dövlət başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə bağlı müəyyən etdiyi prioritetləri daim rəhbər tutur və bu istiqamətdə yorulmadan çalışır. Onun üçün dövlət maraqları hər şeydən öndə gəlir.
Təəssüf ki, bəzi saytlar qərəzli şəkildə Hicran Əyyubova haqqında şər-böhtan xarakterli yazılar dərc edirlər. Bu cür əsassız iddialar onun iş nüfuzuna xələl gətirmək məqsədi daşıyır. Lakin bütün bu cəhdlər Hicran xanımın pedaqoji fədakarlığını, peşəkar idarəçilik bacarığını və kollektivin, eləcə də ictimaiyyətin ona olan inamını zəiflədə bilmir. Əksinə, o, fəaliyyəti ilə göstərir ki, əsas olan dövlətin və xalqın etimadını doğrultmaqdır.
Bu gün İqtisadiyyat və Humanitar Kollec özünün peşəkar müəllimləri, savadlı tələbələri və yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən rəhbərliyi sayəsində ölkəmizin təhsil sistemində özünəməxsus yeri olan bir təhsil ocağıdır. Bu uğurların arxasında isə şübhəsiz ki, işinin peşəkarı, fədakar təhsil işçisi – Hicran Əyyubovanın əvəzsiz zəhməti dayanır