Görüşün əsas məqsədi təhsil müəssisəsində mövcud vəziyyəti yerindəcə qiymətləndirmək, müəllimlərin fikirlərini dinləmək və qarşılıqlı fikir mübadiləsi aparmaq idi.
Səmimi və açıq dialoq şəraitində keçirilən görüşdə tədris prosesi, şagird nailiyyətləri, müəllimlərin ehtiyacları və ümumi təhsil mühiti ilə bağlı məsələləri müzakirə edilib.
Son illərdə rayonda təhsil infrastrukturunun yenilənməsi, məktəblərin əsaslı şəkildə təmiri və yeni təhsil ocaqlarının istifadəyə verilməsi barədə məlumat verilib.
Bu kimi görüşlər gələcəkdə də davam etdiriləcək və təhsil ictimaiyyəti ilə açıq dialoqun, qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində mühüm addımlar atılacaq.
























