Hər şagirdin həyatında bəzən bir cümlə, bir baxış, bir nəfəslik dəstək illərlə yadda qalır. Mən bu imtahan günündə yalnızca müəllim deyildim,bir yol yoldaşı, bir ruh gücləndirici idim.

Gunxəber.Az məlumat verir ki, imtahandan çıxan şagirdlərin həyəcanı, üzlərindəki qarışıq duyğular sevinc, təəssüf, rahatlıq – hamısını hiss etdim. Yanlarında dayanmaqla dedim: “Bu yol tək gedilmir.”

Onlara yaxın oldum,susaraq dinlədim, ürəklərini oxumağa çalışdım. Bəzilərinin baxışlarında suallar vardı, bəzilərinin isə ümidlər. Mən hər biri üçün dayandım, çünki müəllimlik sinifdən kənarda da davam edir.

Uğurlarının bir parçası olmağı bacarmaq – bu, mənim üçün böyük qürurdur.