Gürcüstanda qəzaya uğrayan Türkiyənin “C-130” hərbi təyyarəsi heç bir fəlakət siqnalı vermədən radarlardan itib.

Gunxeber.Az xəbər verir ki, bu məlumatı Gürcüstan Hava-Naviqasiya Xidməti (“Sakaeronaviqasiya”) bildirib.

“Türkiyənin “C-130” təyyarəsi Gürcüstan ərazisinə daxil olduqdan bir neçə dəqiqə sonra fəlakət siqnalı ötürmədən radarlardan itib, bundan sonra “Sakaeronaviqasiya” axtarış-xilasetmə əməliyyatlarına başlayıb”, – bəyanatda deyilir.

Türkiyənin “C-130” hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində, Azərbaycanla sərhəddən 5 kilometr aralıda qəzaya uğrayıb.

Gunxeber.Az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə Siqnaxi bələdiyyəsində baş verib.

Qəza ilə bağlı artıq araşdırmalara başlanılıb. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi üzrə aparılır. Həmin maddə hava nəqliyyatı hərəkətinin və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olma hallarını nəzərdə tutur.

Qəzanın səbəbi və təyyarədəki hərbçilərin sayı barədə məlumat hələlik açıqlanmayıb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya isə gürcüstanlı həmkarı Gela Geladze ilə telefonla danışdığını və onun hadisə yerinə getdiyini açıqlayıb.

“Azərbaycandan ölkəmizə gəlmək üzrə havaya qalxan “C-130″ hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb”.

Gunxeber.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Qeyd edilib ki, axtarış-xilasetmə işlərinə Azərbaycan və Gürcüstan qurumları ilə koordinasiyalı şəkildə başlanılıb.

Türkiyənin C-130 hərbi yük təyyarəsi fəlakət siqnalı ötürmədən radarlardan itib - RƏSMİ

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında Türkiyə Silahlı Qüvvələrinə məxsus olduğu ehtimal edilən hərbi təyyarə qəzaya uğrayıb.

Gunxeber.Az xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.

Qəzanın səbəbləri və digər detallar barədə məlumat verilmir.