Erzurum Böyükşəhər Bələdiyyəsinin dəvəti ilə şəhərə gələn Rusiya Federasiyasının Türkiyədəki Ticarət Nümayəndəsi Aydar Qaşigullin “Dadaşlar diyarı”na (Erzuruma) heyran qaldı.
Gunxeber.az bildirir ki, o, Erzurum Böyükşəhər Bələdiyyə Baş məsləhətçisi Hüseyn Koçanla birlikdə şəhərin tarixi məkanlarını gəzdi və Erzurumu “Tarixi İpək Yolu marşrutunun əsas dayağı” kimi dəyərləndirdi.
Rusiya Federasiyasının Türkiyədəki Ticarət Nümayəndəsi Aydar Qaşigullin bildirib:
“Erzurum Şərqin ən önəmli şəhəridir. Sanki açıq səma altında bir muzeyi xatırladan bu qədim diyar ticarətin, iqtisadiyyatın, tarixin və mədəniyyətin paytaxtıdır. Rusiya və Türkiyə möhkəm təməllər üzərində güclü ticarət və iqtisadi əməkdaşlıq quran dünyanın iki böyük ölkəsidir. Bu iki bənzərsiz coğrafiyanın şəhərləri də tarix və sivilizasiyanın izlərini daşıyır. Erzurum Türkiyənin ən mühüm şəhərlərindən biridir. Son 10 ildə böyük dəyişikliklər yaşayan bu şəhərin Rusiyadakı yeri də çox özəldir. Turizm baxımından Erzurumu davamlı olaraq seçən xizək həvəskarları qış turizminin mərkəzi sayılan bu şəhərdə istirahət etməkdən böyük zövq alırlar”, – deyə o vurğulayıb.
Murat Genç













