ABŞ Prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbana dəstəyini bildirib.

Gunxeber.Az-ın məlumatına görə, “Truth Social” platformasındakı paylaşımda amerikalı siyasətçi baş naziri “əsl dost, döyüşçü və qalib” adlandırıb.

D.Trampın sözlərinə görə, Orban “ölkəsinin rifahı üçün müstəsna nəticələr əldə etməyi” bacarıb.

Ağ Ev rəhbəri vurğulayıb ki, Macarıstan və ABŞ arasında ikitərəfli münasibətlər onun administrasiyası dövründə keyfiyyətcə yeni səviyyəyə çatıb və bu, əsasən Orbanın sayəsində mümkün olub.

Qeyd edək ki, aprelin 12-də Macarıstanda parlament seçkisinin keçirilməsi planlaşdırılır.