Gunxeber.Az xəbər verir ki, Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə gecə saatlarında paylaşdığı narazılıq dolu statusdan sonra bu gün rəsmi açıqlama verib. O bildirib ki, məsələ ilə bağlı artıq Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qərar qəbul edilib.Ağazadənin sözlərinə görə, səhər iş saatı başlayan kimi idarənin əməkdaşı Bəşarət müəllim onunla əlaqə saxlayaraq məlumat verib ki, 3 şagirdin fərdi təhsilə yönləndirilməsi ilə bağlı tapşırıq 314 saylı Tam Orta Məktəbin direktoru Səfa müəllimə göndərilib. Həmin uşaqlar 1 dekabr 2025-ci il tarixdən cədvələ uyğun şəkildə fərdi təhsilə başlayacaqlar.Kəmalə Ağazadə prosesə dəstək olan hər kəsə təşəkkür edib:“Onlar hamımızın balasıdır!” – deyə o qeyd edib.Ağazadə həmçinin əvvəlki gün paylaşdığı narahatlıq doğuran statusa da toxunub. Həmin yazıda o, 3 uşağın təhsilə başlama prosesinin uzadıldığını, xüsusən də 16 yaşlı qızın depressiv vəziyyətə düşdüyünü bildirmişdi. Onun sözlərinə görə, qız çox gözlədiyindən və təhsilə başlamaqla bağlı dəqiqlik olmadığı üçün öz paltarlarını belə kəsərək dağıdıb.O zaman Kəmalə Ağazadə məsul qurumlara sərt mesaj göndərmişdi:“Bu uşaq özünə nəsə etsə, yaxanız əlimdədir!” Məsələ artıq müsbət həllini tapıb və Elm və Təhsil Nazirliyinin nəzarəti ilə uşaqların fərdi təhsilə cəlb edilməsi təmin olunub.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məsələnin icrasını nəzarətdə saxlayır.






