2025-ci il ərzində “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı–Reinteqrasiya Mərkəzi” tərəfindən ümumilikdə 172 nəfər uşağa xidmət göstərilmişdir.

Gunxeber.Az-ın məlumatına görə, İlil ərzində mərkəzə 71 nəfər uşaq qəbul olunmuşdur. Onlardan 4 nəfəri oğlan, 67 nəfəri isə qızdır.

Qəbul edilən azyaşlılardan:
23 nəfəri cinsi zorakılığa məruz qalmış,
25 nəfəri məişət zorakılığı,
5 nəfəri erkən nikah,
11 nəfəri sosial baxımsızlıq,
7 nəfəri isə sosial media oyunlarının qurbanı olan uşaqlardır.

Qeyd edilən uşaqların hər biri hüquq mühafizə orqanları və müvafiq dövlət qurumları tərəfindən sığınacağa yerləşdirilmişdir.

2025-ci il ərzində ailələrdə dəstək göstərilmiş uşaqların sayı 193 nəfər olmuşdur.

Hesabat dövründə “Qaynar Xətt”ə daxil olmuş 349 müraciət aidiyyəti dövlət qurumlarına yönləndirilmişdir.
Bundan əlavə, həyatı təhlükə altında olan, erkən evliliyə məcbur edilmə və nişan mərasimi ilə bağlı daxil olmuş 127 müraciət Daxili İşlər Nazirliyinə göndərilmiş, hüquq mühafizə orqanları tərəfindən vaxtında tədbirlər görülərək belə halların qarşısı alınmışdır.

“Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən həyata keçirilən bu fəaliyyət uşaqların hüquqlarının müdafiəsi, sosial rifahının təmin olunması və zorakılıq hallarının qarşısının alınması istiqamətində mühüm addımlardan biridir.