Ətrafa nəzər saldıqda bura hansısa zibillik poliqonunu xatırladır. Lakin bu əraziu tullantı sahəsi deyil, Bibiheybət qəbiristanlığıdır.
Boş sellofan torbalar, qablar, eyni zamanda tullantı torpaq və çınqıl daşlara rast gəlmək olur. Ümumiyyətlə, paytaxtın bir çox məzarlığında bu mənzərə hökm sürür.
Bəs buna nəzarət edən kimdir? Dəfn üçün yer axtaranda ilk can yandıran bələdiyyələr olur, dərhal yeni yer təklif edirlər. Lakin mövcud vəziyyətə can yandıran niyə tapılmır?
Məsələ ilə bağlı Bibiheybət bələdiyyəsindən bildirilib ki, həmin ərazilər yay aylarında təmizlənir.






