Sizi 35 yaşınızın tamam olması münasibətilə böyük hörmət və sonsuz sevgi ilə təbrik edirik! Siz təkcə Azərbaycan dili və ədəbiyyatını öyrədən bir müəllim deyil, həm də şagirdlərinə ailə sevgisi,güvən və mənəvi dayaq verən əsl müəllimsiniz. Sizin yanınızda hər bir şagird özünü sadəcə oxuyan biri yox, dəyər verilən bir insan kimi hiss edir.
Gənc yaşınıza baxmayaraq, müəllimlik yolunda gördüyünüz böyük işlər, bu peşəyə ürəyinizi qoymağınız sizi Azərbaycan müəllimləri arasında seçilən, nümunə göstərilən bir şəxs edib. Siz müəllimliyi yalnız lövhə arxasında deyil, qəlblərdə yaşayan bir sənətə çevirmisiniz.
Eyni zamanda, Bunker Tədris Mərkəzinin rəhbərlərindən biri olaraq təkcə təhsil verən deyil, sağlam kollektiv yaradan, müəllim heyətinə dəyər verən, hər kəsi dinləyən və anlayan bir rəhbərsiniz. Məhz buna görə də Bunker Tədris Mərkəzinin bütün müəllim kollektivi sizi böyük hörmət və sevgi ilə qəbul edir. Siz sübut edirsiniz ki, həqiqi rəhbərlik insanlara dəyər verməkdən başlayır.
Şagirdlərinizin sevgisi, həmkarlarınızın hörməti və valideynlərin etimadı sizin ən böyük uğurunuzdur. Siz həm müəllim, həm rəhbər, həm də böyük qəlbli bir insan olaraq hər kəsin yaddaşında iz buraxırsınız.
Qoy yeni yaşınız sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, tükənməz enerji və daha böyük uğurlar gətirsin. Qoy yetişdirdiyiniz hər bir şagird, qurduğunuz hər bir dəyər sizin üçün bir fəxr mənbəyi olsun!
Ad gününüz mübarək, əziz Xəzri müəllim!







