Goranboyda bir ailənin üç üzvü zəhərlənmə diaqnozu ilə Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

Gunxeber.Az “Teleqraf”a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Nizami kənd sakini Səbirə Həmədova, 1990-cı il təvəllüdlü Mehriban Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova xəstəxanaya çatdırılıblar.

İlkin məlumata görə, adıçəkilən şəxslər balıqdan zəhərləniblər. Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.