Yeni istifadəyə verilmiş Gəncə-Qəbələ-Gəncə marşrutundan istifadə etməklə hər gün Bakıdan Qəbələyə və əks istiqamətə səfər etmək mümkün olacaq.

Gunxeber.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, Bakı-Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, saat 11:12-də Gəncə-Qəbələ qatarı ilə Qəbələyə, əks istiqamətdə isə Qəbələ-Gəncə qatarı ilə saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax-Bakı qatarı ilə Bakıya səyahət etmək mümkündür.

Qeyd olunan istiqamətlərlə yanaşı, Bakı-Qəbələ-Bakı marşrutu üzrə ənənəvi qrafiklə şənbə və bazar günləri müntəzəm reyslər təşkil olunur.

Artıq hər gün Bakıdan Qəbələyə və əks istiqamətə qatarla getmək mümkündür