Yasamal rayonu, Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən işlər görülür.