Yanvarın 20-si saat 17:00-a olan faktiki hava açıqlanıb.

Gunxeber.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq- Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır. Əksər yerlərdə yağıntılar intensiv və güclüdür.

Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında iki, Aran rayonlarında bir dərəcəyədək isti Naxçıvan MR-da altı, dağlıq rayonlarda yeddi, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınır.