Dünyada, o cümlədən Azərbaycanda saytlara girişdə problem yaşanır – “Cloudflare“dən növbəti AÇIQLAMA

Qlobal səviyyədə internet resurslarının fəaliyyətində fasilələrlə bağlı növbəti açıqlama yayılıb.

Gunxeber.Az xəbər verir ki, qlobal kibertəhlükəsizlik xidmətləri göstərən “Cloudflare” şirkəti “Cloudflare Access” və “WARP” xidmətlərinin tam bərpasını təmin edən dəyişikliklər etdiyini bildirib.

“Access” və “WARP” istifadəçiləri üçün xəta səviyyəsi hadisədən əvvəl olan normal göstəricilərə qayıtdı. Digər xidmətlərin bərpası üzrə işlər davam edir”, – məlumatda qeyd olunur.

“Hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən “Cloudflare” şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunur. Bu nasazlıq nəticəsində ölkəmizdə də bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə əlçatanlıq məhdudlaşıb”.

Gunxeber.Az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin (ETX) yaydığı açıqlamada deyilir.

“Bir daha qeyd edirik ki, yaranmış problem lokal infrastruktur və ya milli internet şəbəkəsi ilə bağlı deyil. Çətinlik birbaşa “Cloudflare”in beynəlxalq şəbəkəsində baş verən texniki nasazlıqdan qaynaqlanır və bütün dünyada çoxsaylı istifadəçilərə təsir göstərir.

Məlumat üçün bildirək ki, nasazlıqla bağlı “Cloudflare” də açıqlama yayıb. Açıqlamaya görə, şirkət hazırda bir neçə müştəriyə təsir edən qlobal səviyyəli nasazlığı araşdırır və aradan qaldırılması istiqamətində iş görür”, – məlumatda bildirilir.

Azərbaycanda saytlara girişdə çətinlik yaranıb.

Gunxeber.Az xəbər verir ki, problem “Cloudflare” xidmətindəki texniki nasazlıqla bağlı olub. Bu barədə “Cloudflare” rəsmi məlumat yayıb.

Həmçinin, bank kartları ilə ödənişdə də problemlər yaşanıb.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.