Polis Akademiyasının təşkilatçılığı ilə “Cinayətkarlığa qarşı mübarizənin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbirdə 12 ölkənin nümayəndələri, Milli Məclis və DİN-in məsul şəxsləri, eləcə də bir sıra ali təhsil müəssisələrinin əməkdaş və doktorantları iştirak ediblər.
Konfransda cinayətkarlığın müasir formaları, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, kibertəhlükəsizlik, rəqəmsal sübutlar və beynəlxalq əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Qonaqlar tədbirin təşkilini yüksək qiymətləndirib.