Cəlilabad rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb.

Gunxeber.Az-ın məlumatına görə, hadisə rayon ərazisindəki mənzillərdən birində qeydə alınıb.

Rayon sakini, 1949-cu il təvəllüdlü Xasagül Rəşid qızı Balaşova yaşadığı evdə sobanı yandırmaq istəyib. Həmin vaxt yanan soba onun üzərinə aşıb.

Qadın hadisə yerində yanıb ölüb.

Faktla bağlı araşdırma aparılır.