Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az xəbər verir ki, hadisə Nizami Fikrət Əmirov küçələrinin kəsişməsində qeydə alınıb.

Dörd avtomobilin toqquşması nəticəsində yolda sıxlıq yaranıb.

Xəsarət alanların olmadığı, avtomobillərə ciddi ziyan dəydiyi bildirilib.

Hadisə ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.