Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az-ın məlumatına görə, qəza Səttar Bəhlulzadə küçəsi, Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində, Ayna Sultanova parkının qarşısında qeydə alınıb.

Taksi xidmətlərindən birinə məxsus “Chevrolet Cobalt” markalı avtomobil aşıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.