Bu gün günorta saatlarında Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə anası tərəfindən tərk edilmiş 7 azyaşlıdan 4 nəfəri təhsildən kənarda qaldıqları üçün “ Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağına yerləşdirilib.
Gunxeber.Az-a bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri uşaq hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat verib.

Qeyd edim ki,uşaqlar sığınacağa sosial baxımsız vəziyyətdə daxil olub.7 azyaşlıdan 4-dü təhsildən yayındırılıb.Hal-hazırda əməkdaşlarımız tərəfindən uşaqların gigiyenik baxımdan təmizlənməsi həyata keçirilərək ,ilkin ehtiyacları qarşılanır.Gün ərzində hər bir azyaşlı əməkdaşlarımızın müşayəti ilə xəstəxanada həkim mütəxəsssislər tərəfindən müayinə olunacaq.
Uşaqların qiymətləndirilməsi ilə bağlı artıq tərəfimizdən Sosial Xidmətlər Agentliyinə məlumat verilib.









