Gunxeber.Az xəbər verir ki, 11 aprel 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı , İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin “Tibb və təbiət elmləri” fənn birləşmə komisiyyasının sədri Elşən Həsənov və “Tibb bacısı (qardaşı) işi” ixtisasının tələbələrinin iştirakı ilə “Ailə dəyərləri: Ailənin qurulması və qorunması ” mövzusunda tədbir keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə xanım Əliyeva, mərkəzin əməkdaşları, şəhid ailələri, rayonun ictimai fəal gəncləri iştirak edib.

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin “Tibb və təbiət elmləri” FBK sədri Elşən Həsənov tədbir iştirakçılarına ailə münaqişələrinin psixoloji tərəflərini və sağlam münasibət üçün vacib olan vərdiş və davranışlar barədə çəlumat verib.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkilib.

Gunxeber.Az İsmayıllı Nurlan Nuğayev