Ağsu şəhər 3 nömrəli tam orta məktəbin idman zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş məktəbli oğlanlar arasında 🏐 futzal idman növü üzrə rayon turniri keçirildi.

🔶Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun və Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə baş tutan turnirin açılış mərasimində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, daha sonra iştirakçılara turnirin qaydaları izah olundu.

🔷 Gərgin idman mübarizəsi şəraitində keçən turnir aşağıdakı kimi nəticələndi:

1. Ağsu şəhər 3 nömrəli tam orta məktəbin komandası,

2. Ağsu şəhər A.Nadirov adına 1 nömrəli məktəb-liseyin komandası,

3. Ağsu rayon M.İsmiyev adına Ərəbuşağı kənd tam orta məktəbin komandası.

🤩Sonda qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin kubok və diplomları ilə mükafatlandırıldı.