3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri bir sıra əlillərin yaşadıqları ünvanlara gedərək onları ziyarət ediblər.
Ziyarət zamanı rəhbərlik tərəfindən dövlətin əlilliyi olan şəxslərə göstərdiyi davamlı qayğı və diqqət xüsusi vurğulanıb, ailələrə bayram münasibətilə səmimi təbriklər çatdırılıb. Eyni zamanda, onların gündəlik həyatda üzləşdikləri çətinliklər, mövcud ehtiyacları və sosial problemləri yerindəcə öyrənilib.
Ailələrə dövlət tərəfindən göstərilən sosial dəstək mexanizmləri barədə geniş məlumat təqdim edilib.
Tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin sosial rifahının yaxşılaşdırılması, onların cəmiyyətə tam inteqrasiyasının dəstəklənməsi və dövlət qayğısının daim yanlarında olduğunu göstərməkdir.


























