“Bunker” Tədris Mərkəzində keçirilmiş sınaq imtahanı istedadlı və bilikli şagirdlərin üzə çıxması baxımından yadda qalan olub.
Gunxeber.az bildirir ki, imtahanda yüksək nəticə göstərən iştirakçılar mərkəz rəhbərliyi tərəfindən mükafatlandırılıb, onlara diplom və müxtəlif hədiyyələr təqdim edilib.
Tədbirin əsas məqsədi şagirdlərin bilik və bacarıqlarını dəyərləndirmək, onların elmə və təhsilə olan marağını daha da artırmaq olub.
Qaliblər göstərdikləri əzmkarlıq və məsuliyyətlə bu günün və gələcəyin elm xəzinələri olduqlarını bir daha sübut ediblər.
“Bunker” Tədris Mərkəzi bu kimi sınaq imtahanları və maarifləndirici tədbirlərlə gənclərin inkişafına dəstək olmağı, onların gələcək uğurlarına töhfə verməyi qarşısına məqsəd qoyub.

























