29 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin, MİHi İsmayıllı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində bayram konserti keçirilib.

Gunxeber.Az-ın məlumatına görə, konsert proqramında İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin “Niyal” instrumental ansamblı və solistləri – Əməkdar Mədəniyyət İşçisi, “Tərəqqi” medallı Sahibə Abdullayeva, Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin üzvü Elman Mehdiyev, İsmayıllı rayon Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin Respublika Uşaq İncəsənət Festivalının rəqs nominasiyası üzrə I yerin qalibi Mehriban Abbasova və digər ifaçılar rəngarəng musiqi və rəqs nömrələri ilə çıxış ediblər.

Şaxtababa və Qar qızın səhnəyə gəlişi bayram əhval-ruhiyyəsini daha da yüksəldib, tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.
Bayram konserti tamaşaçılara xoş ovqat bəxş edərək yadda qalan anlarla başa çatıb.

Sonda MİHİ İsmayıllı rayon komitəsi tərəfindən mədəniyyət işçilərinə bayram hədiyyələri təqdim olunub.