İsmayıllı Rayon Mərkəzi Xəstəxanası və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci arasında imzalanan müqaviləyə əsasən “Tibb bacısı (qardaşı) işi” ixtisasının sonuncu kurs tələbələrinin xəstəxanada ixtisası üzrə təcrübəsi davam edir.

Baş tibb bacısı Azadə Bağıyeva, İstehsalat təcrübə rəhbəri Asiman Qasımlı, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin “Tibb və təbiət elmləri” Fənn Birləşmə Komissiyasının sədri Elşən Həsənovun iştirakı ilə həftəlik toplantı keçirilib. Görüş zamanı tələbələrin həftəlik şöbələrarası rotasiyası aparılıb .

Tədbirin sonunda tələbələri maraqlandıran suallara cavab verdikdən sonra tələbələrə tapşırıqlar verilib.