Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin dəstəyi ilə “Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi” İctimai Birliyi “Milli ruhda tərbiyyə yeni müstəvidə” layihəsinin icrası ilə əlaqədar Salyan rayonunda tədbir həyata keçirmişdir. Tədbirdə Salyan Rayonu İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhərrəm Məmmədov və layihə rəhbəri Hüseyn İbrahimov müasir dövrdə milli ruhda tərbiyyənin xüsusiyyətlərindən çıxış edərək milli ruhda tərbiyyənin daha effektiv artırılması üçün ailə, təhsil və sosial media institutlarının qarşılıqlı rolu metodlarının vəhdəti vacibliyindən danışıblar. Professor Kamran Behbudov milli ruhun milli ideologiya ilə əlaqəsi və tərbiyyənin vacibliyini hər zaman diqqətdə saxlanılması üçün mənəvi dəyərlərin rolunun və gənclərimizin həmin istiqamətdə maarifləndirilməsi haqqında məruzə etmişdir.
Gunxeber.Az-ın məlumatına görə, tədbirdə Rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin sədri Nəbi İbrahimov, Rayon Heydər Əliyev Mərkəzinin numayəndəsi Könül Qafarova, Rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev, Şirvan-Salyan Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi Şamxal Əhmədov və Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemimin direktoru Səidə Əliyeva çıxış etmişlər. Çıxışçılar. 44 günlük Vətən müharibəsində qələbəmizin əldə olunmasında milli ruhun, milli gücün böyük tarixi əhəmiyyətindən, onun daim qorunub saxlanılması üsullarından danışılmışdır.














