Gunxeber.Az-ın məlumatına görə, İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi toplantı keçirilib. Tədbirdə rayon rəhbərliyi, şəhid valideynləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Toplantı Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Çıxışlarda Zəfərin tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi vurğulanıb.

Sonda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə təbrik müraciəti səsləndirilib, tədbir musiqi nömrələri və bədii kompozisiya ilə davam edib.