İsmayıllı Dövlət Humanitar və Texnologiya kolleci PHŞ-in “Tibb və təbiət elmləri” FBK sədri Elşən Həsənovun təşkilatçılığı, “Tibb bacısı (qardaşı) işi” ixtisasında təhsil alan tələbələrin və tibb fənn müəllimlərinin iştirakı ilə “İlkin səhiyyə xidmətlərinin təşkili” mövzusunda master-klass keçirilib.

Tədbirdən öncə qonaqlar Şəhidlərin xatirəsinə yaradılmış abidənin üzərinə gül dəstələri qoydu.
Tədbiri kollecin Tədris və tərbiyə işləri üzrə d.m.Ülviyyə Nəzərova açdı.
Master-klassı İsmayıllı Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevt Sevinc İsmayılova apardı.Master-klasın sonunda tələbələrin sualları cavablandırldı.

“Tibb və təbiət elmləri” FBK sədri Elşən Həsənov tələbələrə təhsil həyatlarında uğurlar arzuladı. Yaxınlaşan yay imtahan sessiyasına yaxşı hazırlaşmaq barədə tövsiyyə verdi.

Gunxeber.Az Nurlan Nuğayev İsmayıllı