Cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq 2025-ci ildə rayonumuzda yol infrastrukturu sahəsində mühüm işlər həyata keçirilib. İl ərzində ümumilikdə 16 küçə və dalan asfaltlanaraq sakinlərin istifadəsinə verilib.

Asfaltlanmış küçələr sırasında Babadağ və H.Z.Tağıyev küçələri, Tofiq İsmayılov küçəsinin bir hissəsi, S.B.Mehmandarov küçəsi, Kamal Qasımov küçəsinin dalanı və digər küçələr yer alır. Bu işlər şəhərimizin simasının gözəlləşməsinə, nəqliyyatın rahat hərəkətinə və vətəndaşların rifahına xidmət edir.
Rayonumuzda abadlıq-quruculuq işləri bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.