Bunker tədris mərkəzinin təşkilatçılığı ilə 21.12.2025-ci il tarixində 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı uğurla baş tutub.

Gunxeber.Az bildirir ki, imtahan şagirdlərin bilik və bacarıqlarının yoxlanılması, real imtahan mühitinə adaptasiyası və nəticələrin obyektiv qiymətləndirilməsi məqsədi daşıyıb.

Tədris proqramına uyğun hazırlanmış test tapşırıqları şagirdlərə bilik səviyyələrini dəqiq ölçməyə imkan verib. İmtahanın nəticələri əsasında şagirdlər üçün fərdi təhlillər aparılacaq, zəif və güclü tərəflər müəyyən edilərək növbəti mərhələlər üzrə məqsədyönlü hazırlıq planları təqdim olunacaq.