Gunxeber.Az-ın məlumatına görə, tədris prosesinin şəffaf və obyektiv şəkildə qiymətləndirildiyi sınaqda fərqlənən iştirakçılara pul mükafatı təqdim olundu.

Tədris mərkəzinin rəhbərliyi bildirir ki, bu cür təşəbbüslər şagirdlər arasında sağlam rəqabət yaratmaq, onların dərsə motivasiyasını artırmaq və gəncləri daha böyük nailiyyətlərə həvəsləndirmək məqsədi daşıyır.

Bunker tədris mərkəzi gələcək fəaliyyətində də uğur qazanan şagirdlərin dəyərləndirilməsini, onların inkişafına dəstək göstərməyi prioritet istiqamətlərdən biri kimi qəbul edir. Mərkəz rəhbərliyi növbəti sınaq imtahanları və layihələrin mütəmadi olaraq davam edəcəyini qeyd edib.