CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜNDƏ, 32 YAŞININ TAMAMINDA BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ FƏXRİ QƏRİBZADƏNİN MƏZARI ZİYARƏT OLUNDU, ŞƏRƏFLİ ÖMÜR YOLUNDAN SÖZ AÇILDI.
Gunxeber.Az xəbər verir ki, ziyarət zamanı 10 yanvar 1994-cü il təvəllüdlü Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Bərdə rayonunun Güloğlular kəndinin (həm də Bakının Suraxanı rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan tək və nişanlı oğul, tək bacının tək qardaşı, anası tərəfindən kirayələrdə təkbaşına böyüdülən MAXE, üç medallı Fəxri Qəribzadənin Cənnətdəki altıncı doğum günü, 32 yaşının tamam olması ilə bağlı bu gün-10 yanvar 2026-cı il tarixində, səhər saatlarında Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Ruhuna dualar edilib, “Quran” oxunub.
Çıxışlar edilib.
Şəhidin 26 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan bəhs edilib.




























