Səbail rayonunda yerləşən ikimərtəbəli yaşayış binasındakı yanğın digər mənzilə keçib.

Gunxeber.Azın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, İslam Səfərli küçəsində birinci mənzildəki yanğın söndürülsə də, indi alov ona bitişik olan ikinci mənzilə keçib. Yanğının yenidən gücləndiyi bildirilir.

Məlumata görə, yanğın baş verən yaşayış binasına bitişik tikili yerli əhəmiyyətli memarlıq abidəsidir.

Bakının mərkəzində yaşayış binası yanır

Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə Gunxeber.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.