![](https://gunxeber.az/wp-content/uploads/2025/01/Yanghin.jpg?v=1739051559)
Bakıda yaşayış binasında yanğın olub.
GuNXeBeR.Az APA-ya istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində, Əhəd Əhmədov – Məhəmməd Xiyabani küçələrinin kəsişməsində, Dairəvi yolun kənarında yerləşən binada yanğın olub.
Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğın söndürülüb.
![](https://gunxeber.az/wp-content/uploads/2025/02/Yangin.jpg?v=1739084570)