Bakıda xəstəxanada qadın qəfil vəfat edib.

GuNXeBeR.Az “Qafqazinfo”a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsində yerləşən özəl xəstəxanada baş verib.

Dünən saat 14 radələrində xəstəxanaya getmiş 1966-cı il təvəllüdlü Solmaz Məhəməli qızı Qoradayeva oturacaqda əyləşdiyi zaman ürək çatışmazlığından ölüb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.