Bakıda gənc qadın dəm qazından boğularaq ölüb.

Gunxeber.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini olan 27 yaşlı Sevinc Gündüz qızı Mahmudova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.