Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gunxeber.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Birinci Qazaxlar kəndində baş verib.

İlkin məlumata görə, “Qazel” markalı yük maşını kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Balağlan oğlu Sadıqovu vurub.

Xəsarət alan şəxs hadisə yerində həlak olub.